EN

Mayottanı vuran qasırğada yüzlərlə ölü ola bilər

Şido qasırğasının vurduğu Hind okeanında Fransanın koloniyası olan Mayottada yüzlərlə insanın ölə biləcəyi bildirilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisədən sonra evlərin və iş yerlərinin dağıldığı Mayotte adasında axtarış-xilasetmə işləri davam edir. 
 
Mayotta qubernatoru Fransua-Xavier Bieuville, rəsmi qeydlərdə hazırda 14 nəfərin öldüyünü bildirsə də, itkilərin yüzlərlə, hətta minə yaxınlaşa biləcəyini vurğulayıb.
 
Qonşu Reunion koloniyasından adaya 800-dən çox xilasetmə qrupu göndərilib.
 
Dekabrın 14-də adanı vuran və sürəti saatda 220 kilometri keçən qasırğa maddi ziyana səbəb olub, bir çox bina və evlər dağılıb.
 
Adadakı bəzi məktəb binaları, paytaxt Mamoudzoudakı xəstəxana binası və Mamoudzou limanı da zərər çəkən ərazilər arasındadır.
 
Oksana

Chosen
31
azxeber.com

1Sources