EN

Azərbaycan vətəndaşlarının da göyərtəsində olduğu gəmi Kerç boğazında həyəcan siqnalı verib

Bakı. Trend:

13 nəfər Azərbaycan və Türkiyə vətəndaşlarının olduğu gəmi Kerçboğazında çətinliklə üzləşib, həyəcan siqnalı verib.

Trend xəbərverir ki, bu barədə "TASS"a Rusiya Dənizçilərin Həmkarlarİttifaqından məlumat verilib.

"Türkiyəli şəxsə məxsus və Sierra Leone bayrağı altında üzən"Lady Fortune" gəmisinin heyəti bizimlə əlaqə saxladı. Bir neçə günəvvəl onlar Kerçdən çıxıb Türkiyəyə getməli idilər. Ancaq hazırdabunun mümkünsüz olduğu ortaya çıxıb. Belə ki, gəmidə su demək olarki, bitib, yemək də tükənir və gəminin texniki vəziyyəti, çətinhava şəraiti də vəziyyəti gərginləşdirir. Həmçinin, onlara 6 aydırmaaş verilmədiyi də qeyd edilib", - İttifaqdan bildirilib.

Qeyd edilib ki, gəmidə 13 nəfər var: ekipaj üzvlərindən biriTürkiyə, digərləri isə Azərbaycan vətəndaşıdır.

"İndi onlar Kerç boğazındadırlar, fəlakət siqnalı göndəriblər.Lakin bu, pis hava şəraiti ilə bağlı deyil, məhz onların ac qalmasıilə bağlıdır. Ekipaj beynəlxalq dənizçilər ittifaqı ilə əlaqəsaxlaya bilmədiyindən, Rusiya Dənizçilərin Həmkarlar İttifaqınamüraciət edib", - deyə, İttifaqdan bildirilib.

Məqalədə:
Chosen
26
az.trend.az

1Sources