EN

“Kasımpaşa” təklifi qəbul edib, “Fənərbaxça” zaman istəyib

Türkiyə Kubokunda iştirakdan imtina edən klubların durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bu barədə TFF-nin prezidenti İbrahim Hacıosmanoğlu yerli mətbuata açıqlama verib.

O, “Kasımpaşa”nın turnirə qatılacağını, “Fənərbaxça”nın isə zaman istədiyini bildirib:

“Fənərbaxça” və “Kasımpaşa”nın Türkiyə Kubokuna qatılmamaq planları vardı. Bu istək səbəbilə onlarla görüşdük. “Fənərbaxça”nın keçən mövsüm aldığı qərar var idi. “Kasımpaşa” isə bu il planlarını yeniləmişdi. İki klubun da durumu eynidir. Görüşümüzdə “Kasımpaşa” xərclərinin çox olduğunu söylədi. Lakin onlar Türkiyə futbolunun marka dəyərini düşünərək, təklifimizi qəbul etdi. Onlar ölkə kubokuna qatılacaqlar. “Fənərbaxça” prezidenti Ali Koç isə bunu idarə heyəti ilə müzakirə edəcəklərini bildirdi və zaman istədi. İnanıram ki, müsbət qərar verəcəklər”.

“Fənərbaxça”da ciddi itki - Mövsümü başa vurdu

"Sent-Etyen"də ayrılıq

Salah "100"ə çatdı

“Valyadolid”in baş məşqçisi bəlli olub

“Qarabağ” reytinqdə geriləyib

Chosen
20
apasport.az

1Sources