EN

Sumqayıtda ilk dəfə "Dünya Vəkil Cübbələri və Atributları" sərgisi keçiriləcək

Dekabrın 24-28-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Sumqayıt Regional Vəkil Bürosu, “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun birgə təşkilatçılığı ilə28 dekabr – “Vəkil Günü” peşə bayramı və Sumqayıt şəhərinin 75 illiyinə həsr olunan "Dünya Vəkil Cübbələri və Atributları" sərgisi keçiriləcək.

E-huquq.az-ın məlumatına görə, Sumqayıt şəhər “Poeziya Evi”ndə təşkil olunacaq sərgidə Vəkillər Kollegiyasının üzvü Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim cübbəsi, atributlar nümayiş olunacaq.

Qeyd edək ki, 24-28 dekabr tarixlərində təşkil ediləcək sərgidə iştirak ödənişsizdir. Arzu edən hər kəs qeyd edilən tarixlərdə saat 10:00-dan 17:00-dək “Poeziya Evi”nə yaxınlaşa bilər.
Chosen
21
e-huquq.az

1Sources