EN

Göyərtəsində azərbaycanlıların olduğu gəmi fəlakət siqnalı verdi

Göyərtəsində türkiyəli və azərbaycanlı şəxslər olan gəmi Kerç boğazında fəlakət siqanlı verib.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı TASS-a Rusiya Dənizçilərin Həmkarlar İttifaqı bildirib.

Məlumatda bildirilib ki, türkiyəli iş adamına məxsus və Sierra-Leone bayrağı altında üzən “Lady Fortune” adlı gəmidə 13 nəfər var. Onlardan biri Türkiyə, digərləri Azərbaycan vətəndaşlarıdır:

“Onlar bir neçə gün əvvəl Kerçdən çıxıblar, Türkiyəyə getməli idilər. Hazırda Kerç boğazındadırlar və fəlakət siqnalı veriblər. Lakin bu, qeyri-sabit hava şəraiti ilə bağlı deyil. Gəmi heyətinin qida və su ehtiyatı tükənib. Onlar Dənizçilərin Beynəlxalq Həmkarlar İttifaqı ilə əlaqə saxlaya bilmədiklərindən, Rusiyanın ittifaqına müraciət ediblər”.

Chosen
6
8
demokrat.az

9Sources