EN

ACF rəsmiləri cüdoda yeni qaydalarla bağlı təşkil olunmuş seminarda - FOTO

Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri bu idman növündəki yeni qaydalarla bağlı təşkil olunmuş texniki seminarda iştirak ediblər.

İdman.biz xəbər verir ki, bu barədə ACF-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşkil etdiyi tədbir iki gün davam edib.

Seminara vitse-prezident Elnur Məmmədli, ACF-in prezidentinin müşaviri Natiq Bağırov, böyüklərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, hakimlər üzrə menecer Mətin Rəhimli, hakimlər Arzu Acalova, Fariz Hüseynov, Akif Tahirov və Nazim Umbayev qatılıblar.

Burada IJF-in Təhsil, Hakimlik və İdman Komissiyaları yeni qaydaları ətraflı izah edib və əyani şəkildə nümayiş etdiriblər.

IJF dekabrın 13-də cüdoda tətbiq ediləcək yeni qaydaları rəsmən açıqlayıb.

Paris-2024 Yay Olimpiya Oyunlarından sonra aparılan təhlil və müzakirələrin nəticəsi olaraq qaydalar növbəti Olimpiya dövrünə uyğunlaşdırılıb və yenilənib. Yeni qaydaların 1 yanvar 2025-ci il tarixindən etibarən qüvvəyə minəcəyi və 2025-ci ilin iyununda keçiriləcək böyüklər arasında dünya çempionatından sonra yenidən nəzərdən keçiriləcəyi bildirilib.

İdman.biz

Chosen
12
9
idman.biz

10Sources