EN

Avropa İttifaqı Rusiyaya qarşı sanksiya paketini QƏBUL ETDİ

Avropa İttifaqı Şurası Rusiyaya qarşı 15-ci sanksiya paketini qəbul edib.

News365.az xəbər verir ki, bu barədə Avropa ittifaqı (Aİ) Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şura dekabrın 16-da Rusiyanın Ukraynaya qarşı müharibə imkanlarını daha da məhdudlaşdırmaq məqsədi ilə 15-ci sanksiya paketini təsdiqləyib.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas qeyd edib ki, bu addım Ukraynaya davamlı dəstəklə bağlı Aİ dövlətlərinin birliyini göstərir:

"Bizim bilavasitə prioritetimiz Ukraynanı mümkün olan ən güclü mövqeyə çatdırmaqdır. Humanitar, iqtisadi, siyasi, diplomatik və hərbi - bir sözlə, bütün cəbhələrdə Ukrayna xalqının yanında olacağıq. Ukraynanın qalib gələcəyinə şübhə ola bilməz".

Qeyd edək ki, sanksiya Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərə görə məsuliyyət daşıyan 54 şəxs və 30 quruma şamil olunub.

Chosen
1
5
news365.az

5Sources