Latviyada çıxış edən Nazim Məmmədzadə komandasından ayrılacaq.
Offsideplus.az xəbər verir ki, müdafiəçi "Qrobinya" ilə razılaşmayıb.
23 yaşlı futbolçu ilə hazırda maraqlanan başqa klublar var. Söhbət "Dauqavpils", "Super Nova" klublarından gedir.
Nazimin Azərbaycana keçmək variantı da var. Onunla "Kəpəz" və "Şamaxı" yaxından maraqlanır.
Qeyd edək ki, müdafiəçi bu mövsüm "Qrobinya"nın heyətində 13 matçda meydana çıxıb.