Türkiyədə azarkeşlərin futbola yüksək marağı hətta komandaları aşağı liqalarda oynasa belə azalmır.
Superliqa bir yana qalsın, statusuna görə 4-cü liqada da tribunaları dolu görmək mümkündür.
Məsələn, ötən həftə 3-cü liqanın “Bursaspor” - “Karşiyaka” matçını arenada 40 min nəfər azarkeş izləyib.
QOL.az xəbər verir ki, bu dəfə isə həvəskar liqasının matçını gələn azarkeş sayı heyrət doğurub. Liqanın "Eskişehirspor" - "Manavqat Belediyyespor" görüşünü (2:1) stadiondan 30 min 358 min biletli azarkeş izləyib. Bu, həvəskarlar liqasının rekordu göstəricisi olub.