EN

İsrail Suriyanı vurdu: Hücumdan sonra zəlzələ oldu - FOTO

51 ildən sonra Suriya ərazisinə addım atan İsrail hücumlarını davam etdirir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, İsrail rəsmiləri bildiriblər ki, İsrail qüvvələri 1973-cü ildən bəri ilk dəfə Qolan təpələrində bufer zonasını keçərək Suriya ərazisinə daxil olublar. Əsəddən sonrakı Suriyada bu günə qədər yüzlərlə nöqtəni hədəfə alan İsrail qərbdəki Latakiya və Tartus əyalətlərindəki bir çox hərbi məntəqəni hava hücumları ilə hədəfə alıb.

Latakiya və Tartusdakı hərbi qərargah və sursat anbarlarına, 32-ci Hava Hücumundan Müdafiə Alayına, 107-ci Hərbi Qərargahlara, Hıreysun, Harab, Mıserhin və Ballutiyye kəndlərinə hücumlar təşkil edilib. Tartusun Hıreysun kəndinə hücum zamanı şiddətli partlayışlar baş verib.Hücumların intensivliyinə görə bölgədə 3,0 bal gücündə zəlzələ qeydə alınıb. 

Qeyd edək ki, Suriyada müxalif qruplar cəmi 12 gün ərzində paytaxt Dəməşqə qədər irəliləyərək 61 illik Bəəs rejiminə son qoydular. Müxalifət Dəməşqə gəldikdən sonra Bəşər Əsəd ailəsi ilə birlikdə Rusiyaya sığınıb. Əsəddən sonra Rusiya qoşunlarını geri çəkdikdən sonra İsrail Suriyanın cənubundan əməliyyatlara başlayıb.

Nərmin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
15
1
milli.az

4Sources