EN

Cənubi Koreyada hakimiyyət boşluğu yaranıb

Cənubi Koreya prezidenti Yoon Seok-Yeolun impiçmenti ölkədə hakimiyyət boşluğu yaradıb və siyasi qütbləşməni artırıb.

"Unikal" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) yazır.

Nəşr qeyd edir ki, ölkədə siyasi qeyri-sabitlik və qeyri-müəyyənlik də davam edir.NYT vurğulayır ki, impiçment “güc boşluğu” yaradıb, çünki Koreya Respublikasının prezidenti səlahiyyətlərini icra edən Baş nazir Han Deok-sunun dövlət başçısının səlahiyyətlərini həyata keçirmək üçün seçicilərdən mandat almayıb.

Nəşr onu da əlavə edir ki, impiçmentlə bağlı qərara Konstitusiya Məhkəməsində baxılması altı aya qədər çəkə bilər.

Chosen
15
unikal.az

1Sources