EN

İki il öncə yanmış məktəb baxımsız və YARIMÇIQ QALIB? - ETİRAZ

Sabunçu rayonu, Zakir Bəhmənov adına 68 nömrəli orta məktəbin şagirdləri və onların valideynləri çətin vəziyyətlə üzləşiblər.

Paytaxt.org Xezerxeber.az-a istinadən məlumat verir ki, həmin məktəb iki il əvvəl yanıb.

Valideynlər bildirirlər ki, məktəb yandıqdan sonra şagirdlər digər təhsil müəssisələrinə yerləşdiriliblər. Ancaq həmin məktəblər uzaqda yerləşir. Uşaqlarının məktəbə getməsi üçün bəzi valideynlər nəqliyyat vasitəsi sifariş edirlər, amma valideynlərin bəzilərinin buna imkanı çatmır. Onların sözlərinə görə, yanmış məktəbdə təmir işləri ləng gedir. 2022-ci ildən bu yana məktəbin ancaq fundamenti tökülüb.

Bildirilib ki, dəfərlərlə məktəbin 1 aya, 5 aya tikilib təhvil veriləcəyi deyilib.Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Xəzər Xəbər"ə bildirilib ki, 68 nömrəli tam orta məktəbin binasının sökülərək yenidən tikintisi və əsaslı təmiri həyata keçirilir. Layihədə baş verən dəyişikliklə əlaqədar prosesdə qısamüddətli fasilə yaranıb. Məktəbdə aparılan əsaslı tikinti işlərinin nəzərdə tutulan vaxtda başa çatdırılması planlaşdırılır.

Hazırda ibtidai siniflər 215 nömrəli tam orta məktəbdə, V-XI siniflər isə 90 nömrəli tam orta məktəbdə II növbədə təhsillərini davam etdirirlər.

Ətraflı süjetdə:



Chosen
31
8
paytaxt.org

9Sources