EN

Yaşa uyğun tədris proqramları hazırlanmalıdır - Nazir

“Azərbaycan təhsil sistemində milli xüsusiyyətləri, mədəni dəyərləri və fərdi inkişaf faktorlarını nəzərə alaraq tədqiqatların aparılmasına və sistematik yanaşmalara böyük ehtiyac var”.

 

AzEdu.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycan məktəbi" jurnalının 100 illik yubileyində qeyd edib.

 

"Bu sahədəki boşluqlar bir çox səbəblərlə əlaqəli ola bilər, məsələn, elmi araşdırmaların yetərsizliyi, təhsil proqramlarında milli kontekstin az nəzərə alınması və ya mövcud metodikaların daha çox ümumi modellərə əsaslanmasıdır. Azərbaycan cəmiyyətinin sosial-mədəni xüsusiyyətlərini nəzərə alan, yerli şəraitə uyğunlaşdırılmış və yaşa bağlı inkişaf faktorlarını öyrənən tədqiqatların aparılması, həm təhsil siyasətini, həm də metodologiyanı daha effektiv hala gətirə bilər. Azərbaycanlı uşaqların yaş qruplarına uyğun öyrənmə tərzləri, psixoloji xüsusiyyətləri və təhsil ehtiyaclarının daha detallı araşdırılması çox faydalı olardı. Bu istiqamətdə yaşa uyğun proqramların hazırlanması mühüm əhəmiyyət kəsb edir".

Chosen
8
4
azedu.az

5Sources