EN

Kiyev ABŞ-dən təminat istəyir, amma...

AzVision.az xəbər verir ki, müdafiə məsələləri üzrə amerikalı ekespert Rayan Menon “The New York Times (NYT)” qəzetində dərc olunan köşə yazısında, onun fikrincə, Trampın Ukraynanı qorumaq üçün heç bir vəd vermədən təkcə müharibəni bitirməyə deyil, həm də Amerikanın bütövlükdə Avropadakı təhlükəsizlik öhdəliklərini azaltmağa çalışdığını bildirir. Menon, həmçinin Kiyevin NATO-ya qəbulunu qeyri-real sayır.

“ABŞ Çinə qarşı durmaq üçün tədricən diqqətini Avropadan Asiya-Sakit Okean regionuna yönəldəcək. Ona görə də Avropa öz müdafiəsi yükünün böyük hissəsini, hətta Ukraynanın müdafiəsi üçün bəlkə də əsas məsuliyyəti daşımalı olacaq. Amma sülhməramlıların yerləşdirilməsi ilə bağlı konsensusun olmaması onu göstərir ki, Avropanın Ukrayna ilə bağlı hələlik həll yolu yoxdur”, - Menon yazır.


Ekspert belə qənaətə gəlir ki, müharibənin“əldə edilə bilən ən mümkün”nəticəsi Ukraynanın“silahlı neytrallığı”ola bilər. Bu varianta əsasən, Rusiya Ukraynaya bir daha hücum etməyəcəyinə söz verəcək, Ukrayna isə NATO üzvlüyündən və öz ərazisində xarici qoşunların və silahların yerləşdirilməsindən imtina edəcək. Bu, Ukraynanı digər variantlarla müqayisədə “daha həssas” edəcək. Lakin“Rusiyanın döyüş meydanında qazandığı mühüm uğurları Putinin sərt sövdələşmə bağlaya biləcəyi anlamına gəlir”.

Eyni zamanda, Kiyev danışıqlarda Moskvanın Ukrayna Silahlı Qüvvələrinin sayını məhdudlaşdırmaq tələbini rədd etməli, Avropa dövlətləri isə Ukrayna qoşunlarının hazırlığını və bu ölkənin müdafiə sənayesinə investisiyaları artırmalı olacaq.

- Ukrayna nümayiş etdirdi ki, qorxulu düşməndir və onun təcrübəli, döyüş sınağından keçmiş ordusu daha güclü və daha yaxşı təchiz oluna bilsə, Rusiya daha güclü rəqiblə hesablaşmaq məcburiyyətində qalacaq”,- amerikalı hərbi ekspert iddia edir.

Sahil İsgəndərov
AzVision.az
Chosen
12
1
azvision.az

2Sources