Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında təsərrüfat subyektlərinə 331,1 milyon manat kredit verilib.

İndex.az xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, 10 ay ərzində verilmiş kreditlərin 28,9 milyon manatı və yaxud 8,7 %-i qısamüddətli, 302,2 milyon manatı və yaxud 91,3 %-i uzunmüddətli kreditlər olub.

Bu il noyabrın 1-nə muxtar respublika əhalisinin banklarda 22,95 milyon manat əmanət olub. Bu, illik müqayisədə 43,6 % çoxdur. Əmanətlərin 95 %-i milli, 5 %-i xarici valyutada qoyulub. Son 1 ildə milli valyutada olan əmanətlərin məbləği 44,5 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 27,5 % artıb.