EN

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Dəməşqə gəlib

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Heyət Təhrir əş-Şamın (HTS) lideri Əhməd əl-Şaraa ilə görüşüb.

“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, görüşdə Pederson və Əhməd əl-Şaraa Suriyada hazırkı vəziyyəti müzakirə ediblər. 

Suriya mənbələrinin məlumatına görə, görüş zamanı əl-Şaraa BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin Suriyadakı vəziyyətin hazırkı reallıqları ilə yenilənməsi və uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

O bildirib ki, bu addımlar ehtiyatla, düşünülmüş şəkildə və ekspert qruplarının nəzarəti altında, prosesləri tələsmədən atmalıdır.

Chosen
14
cebheinfo.az

1Sources