EN

“Bəşəriyyətin sosial bəlası olan narkomaniya və zərərli vərdişlər” mövzusunda tədbir - MASALLIDA

“Bəşəriyyətin sosial bəlası olan narkomaniya və zərərli vərdişlər” mövzusunda tədbir 

 

Masallıda narkomaniya və digər zərərli vərdişlərlə mübarizəyə dair maarifləndirici tədbir keçirilib. 
Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Bəşəriyyətin sosial bəlası olan narkomaniya və zərərli vərdişlər” mövzulu dəyirmi masada Əlvan Bağırov adına Ərkivan qəsəbə 4 nömrəli tam orta məktəbin və ”Dəfinə” məktəb-liseyinin şagirdləri iştirak ediblər.
Şagirdləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandıran muzeyin əməkdaşları gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişafı naminə narkomaniya və digər zərərli vərdişlərlə mübarizəyə dair Dövlət Proqramı əsasında həyata keçirilən işlər barədə danışıb, məktəbliləri neqativ əməllərdən çəkinməyə, elmə, təhsilə, idmana olan həvəslərini artırmağa çağırıblar. 
Şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.
Sonra məktəblilər muzeydəki eksponatlarla tanış olublar. 

 

Akif AĞAYEV

Chosen
17
qht.az

1Sources