EN

Dünya çempionatında gümüş medal qazanan idmançımız vətənə qayıdıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli vətənə qayıdıb.
Oxu.Az xəbər ki, 109 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırmada 183 kq nəticə ilə dördüncü olub. O, təkanla qaldırmada 221 kq-ı ram edərək gümüş medal əldə edib. Ümumilikdə 404 kq (183+221) nəticə göstərən Dadaş Dadaşbəyli yekun sıralamada ikinci yeri tutub.
Qeyd edək ki, Dadaş Dadaşbəyli bir dəfə Avropa çempionatının qalibi, bir dəfə isə dünya çempionatının bürünc mükafatçısı olub.
Daha çox foto burada: PhotoStock.az
Anar Həsənov
Chosen
29
oxu.az

1Sources