Suriyada baş verənlərin arxasında Türkiyənin olduğunu iddia etmək bu ölkədəki inkişafları anlamamaq deməkdir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə sadəcə daha çox qanın tökülməməsi üçün addımlar atıb: “Bu prosesin sağlam şəkildə nəticə verməsi üçün həm yerdə, həm də diplomatiyada səylərimizi davam etdirdik”.