EN

Hyustonda azərbaycanlı dirijorun müşayiəti ilə “Şelkunçik” baleti səhnələşdirilib (FOTO)

Bakı. Trend:

ABŞ-nin Texas ştatının Hyuston şəhərində dahi rus bəstəkarıPyotr Çaykovskinin “Şelkunçik” baleti azərbaycanlı dirijor TəranəTeylorun rəhbərlik etdiyi yeni Hyuston Repertuar Balet Orkestrininmüşayiəti ilə növbəti dəfə səhnələşdirilib.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, Təranə Teylorun dirijorluğu ilə “Şelkunçik”baletinin ilk təqdimatı 2023-cü ildə nümayiş olunub və Texasictimaiyyəti tərəfindən rəğbət görüb.

Builki baletdə əsas rolları Amerika Balet Teatrının tanınmışsolistləri Li Fleytoks (Léa Fleytoux) və Ceyk Roksander (JakeRoxander) ifa edib. Sonda Hyuston Repertuar Balet Orkestrininüzvləri və orkestrin rəhbəri Təranə Teylorun çıxışını tamaşaçılargurultulu alqışlarla qarşılayıb.

Qeyd edilib ki, Üzeyir Hacıbəyli adına Bakı MusiqiAkademiyasının məzunu olan Təranə Teylor solo, vokal, instrumental,kamera, orkestr, teatr və balet musiqisində böyük təcrübəyə malikpianoçudur. O, rəhbərlik etdiyi orkestri yaradana qədər 7 ilərzində Hyuston Repertuar Balet Orkestrində pianoçu kimi fəaliyyətgöstərib. Orkestrin üzvləri ABŞ-nin və dünyanın müxtəlifölkələrinin səhnələrində çıxış edən tanınmış musiqiçilərdir.Soydaşımız Təranə Teylorun 2024-cü ildə yaratdığı Texas Musiqiklubunun 15 tələbəsi ABŞ üzrə keçirilmiş “All State Music Festival”festivalında iştirak edib, yüksək nəticələr göstərərək mükafatlaralıb.

Hyustonda
Hyustonda
Hyustonda
Hyustonda
Hyustonda
Hyustonda
Hyustonda
Hyustonda
Hyustonda
Chosen
24
1
az.trend.az

2Sources