7NEWS.az xəbər verir ki, Qara dəniz və Azov dənizini birləşdirən Kerç boğazında iki Rusiya neft tankeri batıb. Şiddətli fırtınaya tutulan neft tankerlərindən biri ikiyə bölünərək batdı. Dənizçilər xilasetmə qrupları tərəfindən təxliyə edilərkən, 1 nəfərin öldüyü bildirilib.