EN

Özbəkistan Dövlət Vergi Komitəsi Azərbaycanda tətbiq edilən ƏDV inzibatçılığı ilə TANIŞ OLDU

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Özbəkistan Dövlət Vergi Komitəsinin idarə rəisi Firdavs Mahmudovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xidmətdən Bizim.Media-ya verilən məlumata görə, səfərin məqsədi ölkəmizin vergi sahəsində təcrübəsi ilə əyani tanışlıqdır.
 

Tərəflər Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıblar. Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üzrə imzalanmış sənədlərin uğurlu icrası ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verir.


Görüş zamanı “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılmasına yönəlmiş vergi alətləri, vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətləri, vergi inzibatçılığının inkişaf prioritetləri müzakirə edilib. Özbəkistan nümayəndə heyətini maraqlandıran əsas məsələlərdən biri ölkəmizdə ƏDV inzibatçılığı sahəsində tətbiq olunan təcrübə olub. ƏDV inzibatçılığının təkmilləşdirilməsi istiqamətində atılan addımlar və əldə edilən nəticələr nümayəndə heyətinin diqqətinə çatdırılıb.

3 gün davam edəcək səfər zamanı qonaqlar ƏDV inzibatçılığı, ƏDV depozit hesabları, “ƏDV geri al” layihəsi, qanunvericilikdə bu məsələlərin tənzimlənməsi sahəsində atılan addımlarla ətraflı tanış olacaqlar.

Görüşdə işgüzar səfərlərin və aparılan müzakirələrin ikitərəfli əlaqələrin inkişafında rolu xüsusi qeyd olunub və tərəfdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

Bizim.Media

Chosen
26
17
bizim.media

10Sources