İranın cənubundakı Xuzistan əyalətinin Əhvaz şəhərində altı mərtəbəli bina uçub .
Bildirilib ki, yaşayış binasında yaşayan insanlar zəlzələ nəticəsində binanın dağılmasına az qalmış onu sürətlə təxliyə ediblər.
Əhvaz Bələdiyyəsi Fövqəladə Hallar Təşkilatının sədri Kuruş Sebz Əli hadisədə can itkisinin olmadığını və binanın vaxtında boşaldıldığını açıqlayıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində ətrafdakı digər binaların da boşaldıldığını bildirən Əli, “Ən tez 48 saat sonra dağıntıların təmizlənməsi işlərinə başlaya bilərik", - deyə qeyd edib.