EN

Aİ yanvar ayından Ukraynaya ayda 1.5 milyard avro verəcək

Avropa İttifaqı 2025-ci ilin yanvarından Ukraynaya ayda 1,5 milyard avro yardım edəcək.

Bunu Aİ Xarici Əlaqələr Şurasının sədri olan Kaya Kallas 27 ittifaq ölkəsinin xarici işlər nazirlərinin ilk görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Bundan əlavə, onun sözlərinə görə, Aİ qışın sonuna qədər ümumilikdə 75 min Ukrayna əsgərinə təlim keçmək niyyətindədir.

Kallas bir daha qeyd edib ki, Ukraynaya yardım Aİ-nin prioriteti olaraq qalır və Brüssel Rusiya ilə gələcək danışıqlarda Kiyevin mövqeyinin güclü olması üçün mümkün olan hər şeyi etməlidir.

Chosen
13
14
banker.az

10Sources