EN

Ölkədən qaçmazdım, ruslar qaçırdılar – Əsəd

Bakı. TurkicWorld

Suriyanın devrilmiş prezidenti Bəşşar Əsəd bir həftə əvvəl Dəməşqin süqutundan sonra ölkəni tərk etmək fikrində olmadığını, lakin Suriyanın qərbindəki bazası hücuma məruz qaldıqdan sonra Rusiya ordusunun onu təxliyyə etdiyini bildirib.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, bu açıqlama Əsədin üsyançı qruplar tərəfindən devrilməsindən sonra ilk açıqlamadır.

Əsəd Facebook səhifəsində verdiyi açıqlamada üsyançıların paytaxta hücumundan bir neçə saat sonra dekabrın 8-i səhər Dəməşqi tərk etdiyini bildirib.

O, Rusiya müttəfiqləri ilə razılaşdırılmış şəkildə Latakiya sahilindəki Rusiya bazasına getdiyini və burada döyüşü davam etdirməyi planlaşdırdığını söylədi.

Əsəd bildirib ki, Rusiya bazası pilotsuz təyyarələrin hücumuna məruz qaldıqdan sonra ruslar dekabrın 8-nə keçən gecə onu Rusiyaya köçürmək qərarına gəliblər.

“Ölkəni daha əvvəl bildirildiyi kimi planın bir hissəsi kimi tərk etməmişəm. Bu hadisələr zamanı heç bir məqamda mən istefa verməyi və ya sığınacaq axtarmağı düşünməmişəm və heç bir şəxs və ya tərəf tərəfindən belə bir təklif irəli sürülməyib “-deyə Əsəd bildirib.

Chosen
15
turkic.world

1Sources