Qeyd edək ki, Cənubi Afrika Respublikası Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı soyqırım iddiası qaldırıb. Bəzi ölkələr bu iddiaya dəstək verib. Bundan əvvəl, İrlandiya baş nazirinin müavini və xarici işlər və müdafiə naziri Maykl Martin Fələstin dövlətini rəsmən tanıdığını açıqlamışdı. Təl-Əviv rəhbərliyi İrlandiyanın Fələstin dövlətini tanımasına cavab olaraq səfirini geri çağırmışdı. Gərginlikdən sonra tərəflər əlaqələri bərpa etmişdi.