Azərbaycan karateçiləri Türkiyənin İstanbul şəhərində keçirilən "Bosphorus Cup" beynəlxalq turnirində 4 medal qazanıblar.
Azərbaycan Karate Federasiyasının (AKF) Bakı, Naxçıvan və Gəncə üzrə nümayəndəlik və klublarından ümumilikdə ölkəmizi bu yarışda 23 karateçi təmsil edib.
Yarışın nəticələrinə əsasən Zəhra Məmmədzadə kata növündə (8-9 yaş) qızıl medal qazanıb. Kumite növlərində Aqdəş Cəfərli (10-11 yaş) və Əliəşrəf Qafarov (14-15 yaş) gümüş, Sona Nəcəfbəyli isə (8-9 yaş) bürünc medala sahib çıxıb.
Qeyd edək ki, karateçilərimiz beynəlxalq turnirdə AKF-nin parakarate komitəsinin sədri və baş məşqçisi Rənad Əliyevin rəhbərliyi altında iştirak ediblər. Hər il ənənəvi olaraq keçirilən yarışda 28 ölkədən 4300 idmançı qüvvəsini sınayıb.