Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 12-ci tur çərçivəsində “Malavan” ilə qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” meydandan inamlı qələbə ilə ayrılıblar – 2:0. Hesabı 37-ci dəqiqədə Əmirhüseyn Hüseynzadə açıb. 80-ci dəqiqədə isə Mahdi Haşemnecad komandasının qələbəsini rəsmiləşdirib.
“Traktor” hazırda 12 oyuna topladığı 28 xalla 16 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Təbriz klubu çempionatdakı növbəti matçını dekabrın 21-də evdə “Şəms Azar Qəzvin” komandasına qarşı keçirəcək.