EN

Qasırğa Mayottada 20-dən çox insanın həyatına son qoyub

 Mayotta adasında ən azı 20 nəfər tropik "Şido" qasırğasının qurbanı olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, tüğyan edən təbii fəlakət nəticəsində xəstəxanaya yerləşdirilənlərdən 21 nəfər ölüb, 45 nəfər reanimasiyadadır.

 Fransa Daxili İşlər Naziri Bruno Reta etiraf edib ki, dekabrın 14-də qasırğanın vurduğu adanın “dağıdılıb” və orada vəziyyət “fəlakətli”dir.
Nazirin sözlərinə görə, sürəti 55 m/s-dən çox olan küləyin təsirindən qəzalı vəziyyətdə olan yaşayış evləri tamamilə dağılıb, zəifləmiş binalara isə ciddi ziyan dəyib. Ada xəstəxanasına, xüsusən də damına ziyan dəyib, lakin tibb müəssisəsi tədricən işini bərpa edir. İndi hərbçilərin və xilasedicilərin dəstəyi ilə adada səhra xəstəxanaları yerləşdirilir, su təmizləyici avadanlıq və elektrik generatorları da təyyarə ilə gətirilir.

Chosen
36
ucnoqta.az

1Sources