Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Suriya hakimiyyəti ilə Aİ arasında dialoqun şərti kimi Rusiya bazalarının çıxarılmasını göstərib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Biz Suriya hakimiyyəti ilə dialoq üçün şərt qoymalıyıq ki, onlar Rusiya bazalarından qurtulsunlar”, – TASS onun sözlərindən sitat gətirir.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolts videomüraciətində Avropanın Suriyanın yenidən qurulmasına kömək edəcəyini bildirmişdi.