EN

"Haqqında danışsam, yer yerindən oynayar" - Tellidən Zülfiyyəyə


Aşıq Telli Borçalı bir müddət əvvəl qalmaqal yaşadığı həmkarı Zülfiyyə İbadovanın yenidən onun haqda danışmasına əsəbiləşib.

News24.az axşam.az-a istinadən xəbər verir ki, "Həmin Zaur" verilişində qonaq olan sənətçi onun yalan danışdığını bildirib:

"Guya mən onun restoranına getmişəm, sazım orada qalıb. Onu otuzdurub danışıblar. Ağzına gələni danışıb. Elə bir şey olmayıb. Başından yekə yalanlar danışıb. Nə qədər ki, ssenarini o başladıb, mən də onu davam etdirəcəyəm. Deyir ki, mən qalmaqal sevmirəm. Sən qalmaqalın kvadratı yox, kubusan. Sən qalmaqaldan ötrü ölürsən. Fakt göz qarşısındadır.

Sənin başın üçün deyil mənim haqda danışasan. Neçə dəqiqə haqqımda danışmısan. Mən sənin haqda o qədər danışsam, yer yerindən oynayar. Sus! Sən kimlərin qızışdırmasına, uydurmasına gedirsənsə, seçimin düz deyil. Nə etsən də ürəyindəkilərin heç biri olmayacaq.

Məni verilişə devət edirlər, Zülfiyyədən sual verirlər. Deyirəm ki, ayrı sual ver. Niyə məndən söz ala bilmirlər? Səni ortaya qoyub danışırlar? Niyə Tellidən danışırsan? Mənə nə vermisən ki, ala bilmirsən? Sən mənim xarakterimi çox yaxşı bilirsən. Sən yaxşı insansansa, sual verənə niyə demirsən ki, bunu nə üçün məndən soruşursan? Adam barəmdə danışıb, axırda da deyir ki, özümüzdən söhbət edək".

Qeyd edək ki, Zülfiyyə daha əvvəl açıqlamasında sahibi olduğu restorandan danışaraq "Aşıq Telliyə sazımı etibar etmərəm. Həmişə gəlir bizim restorana yeyir, sonra da sazını unudub gedir. Zəng edir ki, sazım orada qalıb" deyə, bildirib. Bu söz Tellinin xoşuna gəlməmiş və onlar arasında mübahisə düşmüşdü.


Chosen
31
4
news24.az

10Sources