EN

Rusiya XİN: Suriyanın gələcəyini ölkə vətəndaşlarının özləri müəyyən etməlidir

Rusiya üçün Suriyanın gələcəyini suriyalıların özlərinin müəyyən etməsi vacibdir.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Rusiya və Suriya xalqları arasında dostluq münasibətlərinin bundan sonra da konstruktiv şəkildə inkişaf edəcəyinə əminik”, - bəyanatda bildirilib.

Həmçinin qeyd olunub ki, Suriya dini mənsubiyyətindən asılı olmayaraq öz vətəndaşları üçün vətən olaraq qalacaq.

Chosen
17
6
musavat.com

7Sources