Tovuzun Qədirli kənd tam orta məktəbinin binası qəzalı vəziyyətdədir.TehsilForumu.Az AzEdu.az-a istinadən xəbər verir ki, məktəbin pəncərələri sınıb, tavanı və divarlarında çatlar var. Döşəmələri isə oyuq-oyuqdur.Sakinlər deyirlər ki, bina ötən əsrin 90-cı illərində tikilib istifadəyə verilib. Valideynlər məktəbdəki tədrisdən razı olsalar da, övladlarının şəraitsiz siniflərdə təhsil almaları ilə razılaşa bilmirlər.Məktəb rayonun böyüktutumlu təhsil ocaqlarından biridir. 780 şagirdlik yeri olsa da, burada 400-dən çox şagird təhsil alır. Havalar soyuyanda məktəbdə vəziyyət şagirdlər üçün daha da çətinləşir.Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, Cavanşir Sadıqov adına Qədirli kənd tam orta məktəbinin mövcud vəziyyəti ilə bağlı məlumatlıdırlar.