EN

Naxçıvan iqtisadiyyatı böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 365 milyon 189 min 200 manat olub.

Bu barədə Fins.az Muxtar Respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1% çoxdur.

Qeyd olunub ki, bu ilin ilk 11 ayı ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,4% artaraq 2 906,5 manat olub.

Fuad Mədətov
Fins.az

Chosen
3
13
fins.az

10Sources