EN

İmişlidə pirotexniki vasitələr satan şəxs müəyyən olundu

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşində ticarət mərkəzlərinin birində gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən Ş.İbrahimov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, ondan müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.

    Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib.

    Chosen
    1
    49
    bakivaxti.az

    10Sources