EN

Polis bu məhsulları satan şəxsi cəzalandırıldı - FOTO

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşində ticarət mərkəzlərinin birində gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən Ş.İbrahimov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Yeni Sabah"a bildirilib ki, ondan müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb. 

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib.


Telegram kanalımız
Chosen
1
49
yenisabah.az

10Sources