EN

Colanidən açıqlama: Suriya İsraillə müharibə istəmir

Suriyada Baas rejiminin devrilməsində aparıcı rol oynayan HTŞ qruplaşmasının lideri Colani İsraillə əlaqələrlə bağlı mühüm açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Colani İsraillə döyüşmək istəmədiklərini və Suriyanın İsrailə qarşı hücumlar üçün istifadə edilən bir yerə çevrilməsinə icazə verməyəcəklərini bildirib.
Bəşər Əsəd Administrasiyasının devrilməsində mühüm rol oynayan HTŞ lideri Colani Suriyanın İsraillə mümkün əlaqələri ilə bağlı qiymətləndirmələr edib. Lider ölkəsinin nəfəs alması lazım olduğunu və bu səbəbdən İsraillə müharibə istəmədiklərini bildirib.

O, "The Times" qəzetinə verdiyi müsahibədə "İsrailin Suriyaya müdaxiləsinin səbəbi İran və Hizbullah idi. Onlar artıq yoxdur, ona görə də səbəb aradan qalxıb" deyib.

Colani, 1974-cü il Qüvvələr Ayrılığı Müqaviləsinə qayıtmağa hazır olduqlarını və bu mövzuda Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyini qəbul etdiklərini bildirib.

O, həmçinin beynəlxalq ictimaiyyətə də müraciət edərək, Suriyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasını tələb edib.

Digər tərəfdən şəriət iddialarını ciddiyə almayan Colani, yeni Suriyanın təbii bir quruluşa sahib olacağını bildirib. O, "Suriya fərdi azadlıqlara müdaxilə etməyəcək", deyərək sözlərini yekunlaşdırıb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
17
turkustan.az

1Sources