EN

HƏMAS və İsrail arasında müzakirələr: Birinci mərhələdə nə qədər girov azad ediləcək?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail nümayəndə heyəti Fələstinin HƏMAS radikal qruplaşması tərəfindən Qəzza zolağında saxlanılan girovların azad edilməsinə dair razılaşmanı müzakirə etmək üçün Qətərə gedib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Ynet" xəbər portalı yüksəkrütbəli İsrail rəsmisinə istinadən məlumat verib.
Rəsminin sözlərinə görə, dekabrın sonuna qədər razılığın əldə olunması üçün səylər göstərilir.
"Detalların çoxu razılaşdırılıb, lakin əsas mübahisə birinci mərhələdə azad ediləcək girovların sayı ilə bağlıdır", - deyə o bildirib.
Həmçinin, əlavə edib ki, hazırda danışıqlar girovların sayı və şəxsiyyəti üzərində cəmlənib.
Qeyd edək ki, son bir ildə HƏMAS məhbuslarının azad edilməsi üçün aparılan danışıqların bir neçə raundu dalana dirənib. Tərəflər 2023-cü ilin noyabr ayının sonlarında əldə edilmiş razılaşmanın davam etdirilməsinə nail ola bilmədilər. Həmin razılaşmaya uyğun olaraq, bir həftəlik atəşkəs nəticəsində 105 girov azad edilmişdi. İsrail hesab edir ki, ötən il oktyabrın 7-də oğurlanan 251 girovdan 96-sı hələ də Qəzzadadır. Son 14 ayda İsrail hərbçiləri səkkiz girovu xilas edib və 38 nəfərin cəsədini çıxarıblar.
Chosen
35
22
oxu.az

10Sources