EN

Uşaqlarda mədə ağrısı və ya qastrit diaqnozunun qoyulmasında qan analizləri və ultrasəs müayinələrindən istifadə olunur - SN

Bakı. Trend:

Uşaqlarda mədə ağrısı və ya qastrit diaqnozunun qoyulmasındaüçün Urea nəfəs testi, nəcisdə “Helicobacter Pylori” antigentestinin təyini, endoskopiya, mədə pH ölçümü, qanın analizləri vəultrasəs müayinələrindən (UZİ) istifadə olunur.

Trend xəbər verir ki, bufikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da SəhiyyəNazirliyi K.Y Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutununpediatrı Dilarə Bayramova açıqlayıb.

Onun sözlərinə görə, diaqnoz üçün əvvəlcə xəstədən ətraflıməlumat alınır: “Xəstənin şikayətləri, xəstəlik tarixçəsi, istifadəetdiyi dərmanlar, yemək vərdişləri ətraflı şəkildə sorğulanır.Sonra fiziki müayinə aparılır. Fiziki müayinə zamanı qarınnahiyəsinə toxunma ilə artan ağrı əlamətlərinin olub olmadığıaraşdırılır. Daha sonra qarın boşluğunun yuxarı hissəsi ultrasəsilə müayinə olunur. “X-ray” yalnız mədədə perforasiya şübhəsiolduqda aparılır”.

Pediatr bildirib ki, dəqiq diaqnoz üçün endoskopik müayinə tələbolunur: “Endoskopiya ucunda işıqlı kamerası olan boru şəkillicihazla ağızdan daxil edilərək, mədə müayinəsi həyata keçirilir.Lazım gələrsə, endoskopiya zamanı mədədən toxuma nümunəsi dəgötürülür. Bədəndə iltihabı və patogenləri aşkar etmək üçün qantestləri aparılır. Autoimmün qastrit varsa, qanda mədəhüceyrələrinin komponentlərinə qarşı antikorlar aşkar ediləbilər”.

Məqalədə:
Chosen
10
7
az.trend.az

8Sources