EN

Millimizin rəqibinə diskvalifikasiya təhlükəsi

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibi Ukrayna ciddi itki ilə üzləşə bilər.

İdman.biz xəbər verir ki, komandanın “Çelsi”də çıxış edən futbolçusu Mixail Mudrik diskvalifikasiya təhlükəsi ilə üzləşib.

23 yaşlı yarımmüdafiəçinin dopinq testi müsbət nəticə verib. A testində qadağan olunmuş preparat aşkarlanan futbolçunun B probunun yoxlanacağı gözlənilir.

Qeyd edək ki, Mudrik Konfrans Liqasının noyabrın 28-də keçirilən “Hoffenhaym”la matçından (2:0) sonra dörd oyunu buraxıb.

İdman.biz

Chosen
9
idman.biz

1Sources