EN

''Həmas'' İsrailin Xan Yunisdəki məktəbə təşkil etdiyi hücumu qınadı

''Həmas'' İsrail ordusunun Xan Yunisdəki Əhməd Əbdüləziz məktəbini hədəf almasını pisləyib və bu hücumu ''qətliam'' adlandırıb. Təşkilatın yaydığı bəyanatda bildirilir ki, hücum Fələstin xalqına qarşı davam edən soyqırım çərçivəsində hərbi cinayət sayılır. Bəyanatda İsrailin yurd-yuvalarından didərgin düşmüş fələstinlilərə təşkil etdiyi hücumlar nəticəsində əksəriyyəti qadın, uşaq və qoca olmaqla 20-dən çox adamın həyatını itirdiyi qeyd olunub.

Bəyanatda həmçinin İsrailin müdafiəsiz Fələstin xalqına qarşı həyata keçirdiyi ''qırğın və soyqırım''a görə ABŞ administrasiyasının məsuliyyət daşıdığı vurğulanıb.

Qeyd edək ki, İsrailin Xan Yunisdəki məktəbi bombalaması nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 20-yə yaxın insan həyatını itirib, çox sayda insan isə yaralanıb.

2023-cü ilin 7 oktyabrından bu yana İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində 17 492-si uşaq, 11 979-u qadın olmaqla 55 028 fələstinli ölüb, 106 962 nəfər isə yaralanıb.



Chosen
17
trt.net.tr

1Sources