EN

ABŞ HHQ Yəməndə husilərin Komandanlıq Mərkəzinə hücum etdi

Çərşənbə axşamı, dekabrın 17-də ABŞ ordusu Yəməndə husilərin komandanlıq və nəzarət obyektinə hava zərbəsi endirib.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

"Zərbə, Qırmızı dənizin cənubunda və Ədən körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmiləri və ticarət gəmilərinə hücumlar təşkil edən husi əməliyyatlarının koordinasiya mərkəzini hədəf alıb", - ABŞ Mərkəzi Komandanlığının bəyanatında deyilir.
Qeyd olunur ki, Husilər hərəkatının əsas xəbər kanalı Əl-Məsirə çərşənbə axşamı səhər ABŞ-ın Yəmənin paytaxtı Sənada Əl-Ərdi kompleksinə zərbələr endirdiyini bildirib.

Nizami Bağırov
Chosen
14
1
qaynarinfo.az

2Sources