EN

Mixail Mudrik Azərbaycanla oyunu buraxa bilər - Dopinq aşkarlandı

style='margin-bottom:10px;'>

"Çelsi"nin və Ukrayna millisinin üzvü Mixail Mudrik 4 illik futboldan uzaqlaşdırıla bilər.

QOL.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçinin dopinq testi müsbət nəticələnib. Onun "A" nümunəsində qadağan olunmuş maddə aşkar edilib. Yaxın günlərdə isə "B" nümunəsinin nəticəsi açıqlanacaq.

Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanın rəqibidir. Mudrik isə millinin aparıcı üzvlərindən biridir. Bu isə o deməkdir ki, Ukrayna yığması Azərbaycan və digər rəqibləri ilə görüşdə Murdikin xidmətindən məhrum olmaq təhlükəsi ilə üz-üzədir.

Azərbaycan millisi Ukrayna ilə ilk oyununu 2025-ci il sentyabrın 9-da evdə, növbəti qarşılaşmasını isə oktyabrın 13-də səfərdə keçirəcək.

Chosen
25
teleqraf.com

1Sources