EN

7,3 bal gücündə zəlzələ baş verdi

ABŞ Geoloji Xidməti, Sakit okean ada şəhəri Vanuatu sahillərində 7,3 bal gücündə zəlzələnin baş verdiyini və sunami xəbərdarlığının edildiyini bildirib.

Gundem.az xəbər verir ki, zəlzələ yerin 43 kilometr dərinliyində qeydə alınıb və Vanuatunun paytaxtı Port Viladan cəmi 30 kilometr qərbdə baş verib.

Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi Vanuatu sahil zolağının bəzi hissələrində bir metrə yaxınlaşan dalğaların yarana biləcəyi barədə xəbərdarlıq edib.

Daha sonra sunami xəbərdarlığı ləğv edilib.

 

Məqaləyə dair fotomateriallar:

 

Chosen
27
13
gundem.az

10Sources