EN

Türkiyənin PKK-ya qarşı son döyüşü

Türkiyə, Suriyada PKK terror təşkilatının ləğv edilməsi niyyətlərini Amerika Birləşmiş Ştatlarına bildirərək Vaşinqtonun bu məsələyə "baxışını yenidən göz dən keçirəcəyinə" ümid etdiyini vurğulayıb. Bunu Türkiyənin milli mudafiə naziri Yaşar Güler bildirib. Nazir qeyd edib ki, nə suriyalı xalqı, nə yeni Suriya idarəçiliyi, nə də Türkiyə PKK-nın Suriyada fəaliyyət göstərməsinə imkan verməyəcək.

Türkiyə sərhədlərindən  kənarda terror təhlükələri ilə davamlı olaraq qarşı-qarşıyadır. Xarici işlər naziri Hakan Fidan son 10 il ərzində PKK-nın Suriya daxilindəki xaosdan faydalanaraq özəyini yenidən qurmaya çalışdığını qeyd edib. Bu proses Suriya Demokratik Qüvvələri (SDF) adı altında həyata keçirilir. 2015-ci ildə Birləşmiş Ştatların başcılıq etdiyi beynəlxalq koalisiya tərəfindən yaradılan SDF-in məqsədi rəsmi olaraq İŞİD-lə mübarizə kimi göstərilsə də, siyasi perspektivdə bu qrupun şimali Suriyada kürd muxtariyyəti yaratmaq niyyətləri ön plana çıxır.

SDF-in strukturunun əsası "Xalqın Müdafiə Dəstələri" (YPG) adlanan qruplardan ibarətdir ki, bu qruplar PKK ilə yaxından əlaqəlidir. Həm PKK, həm də YPG "müstəqil Kurdistan dövləti"nin yaradılması üçün fəaliyyət göstərir. 

 Xatırladaq ki, 2022-ci ilin noyabrında PKK tərəfindən İstanbulda təşkilanan terror aktından sonra Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın şimali və İraqın şimali hissələrindəki SDF və PKK mövqelərinə aviazərbələr endirdi.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Əmmanda çıxışında "Suriyanın bütövlüyünün qorunması və ölkənin bütün azlıqlarına hörmət göstərilməsi"nin vacibliyini vurğulayaraq, "birlik və qarşılıqlı barışıq" prinsipi əsasında prosesin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. 

Fidan Türkiyənin daim öz sərhədlərindən kənarda  terror təhlükələri ilə üzləşdiyini xatırladaraq, "son 10 il ərzində PKK-nın Suriyadakı xaosdan faydalanmağa çalışaraq SDF (Suriya Demokratik Qüvvələri) təşkilatı çərçivəsində özünü yenidən təşkil etməyə çalışdığını" bildirib. Söhbət burada 2015-ci ildə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən Suriyada guya İŞİD-lə mübarizə məqsədilə yaradılmış kürd birləşməsi olan Suriya Demokratik Qüvvələrindən (SDF) gedir. SDF-in siyasi məqsədi  şimali Suriyada kürd muxtariyyəti yaratmaqdır.

Bu təşkilatın strukturunun əsasını "Xalq Müdafiə Dəstələri" (YPG) təşkil edir və bu dəstələr faktiki olaraq PKK-nın müttəfiqləridir. PKK və YPG "Müstəqil Kürdistan Dövləti"nin yaradılmasını dəstəkləyirlər. Xatırladaq ki, 2022-ci ilin noyabrında kürd separatçıları tərəfindən İstanbulda törədilmiş terror aktından sonra Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın şimalında SDF-in, həmçinin İraqın şimalında PKK-nın mövqelərinə bir sıra hava zərbələri endirib.


Bununla yanaşı, Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəttin Altun vurğulayıb ki, "Suriya suriyalılarındır" prinsipinə əsaslanaraq Ankara siyasi-coğrafi və ya etnik müdaxilələr aparmayıb, aparmır və aparmağı planlaşdırmır. Lakin Türkiyə və Suriya "qardaşlıq əlaqələri"ni qorumaları və regionda təhlükəsizlik, sabitləşdirici rol oynamağı davam etdirmək üçün imperialist manipulyasiyalara və terror qruplaşmalarına  qarşı birgə mübarizə aparacaq.

Bu siyasi kontekstdə Türkiyə Milli Mudafiə naziri Yaşar Güler Suriya idarəçiliyinin müraciəti olduqda, Ankara yeni Suriya ordusunun hazırlığı və hərbi yardım göstərməyə hazır olduğunu qeyd edib. "Ankara bir çox dövlətlə hərbi məşqlər və işbirliyi sövdələri aparır," – deyə o vurğulayıb. NATO-nun Baş katibi Mark Rüttlə danışıqda Prezident Rəcəb Tayyib Ərdəoğan Türkiyənin "terrorizmdən azad vahid Suriya yaradılmasında əlindən gələni etməyi davam etdirəcəyini" bir daha vurğulayıb.

Türkiyəli politoloq, hərbi ekspert və təhlükəsizlik mütəxəsisi Abdullah Aqar news365-ə açıqlamasında  bildirib ki, ABŞ-ın YPG/PKK terror təşkilatı ilə bağlı siyasəti bu günə aid olan bir məsələ deyil. 

"Biz, xüsusilə PKK-dan öncəki dövrlərə və 1991-ci il Körfəz müharibəsi ilə birlikdə 36-cı paralelin şimalında uçuşa qadağan bölgənin elan edilməsi və bu prosesin başlanması ilə ABŞ-ın terror təşkilatı olaraq tanıdığı halda belə, necə bir assimetrik əlaqə qurduğunu və bu əlaqənin Suriyada necə birbaşa bir münasibətə çevrildiyini görür və müşahidə edirik. Bu, olduqca böyük bir hesabın və ehtirasın görünən hissələridir ki, bunu yalnız YPG/PKK olaraq düşünməyin. Bu, hibrid müharibədə istifadə edilən bir vasitə və geosiyasi düsturda istifadə edilən strateji bir alət kimi qəbul edilməlidir. Bu baxımdan baxdıqda, Türkiyə bu terror təşkilatını aradan qaldırmaq üçün olduqca əhəmiyyətli səylər göstərir. Lakin biz hamımız çox yaxşı bilirik ki, bu təşkilat Türkiyəyə qarşı və Türkiyənin geosiyasi mövcudluğuna qarşı istifadə edilir və bu istiqamətdə istifadə edilməyə davam edilir."- Aqar bildirib.

Türkiyəli ekspert bildirib ki,Türkiyə əlbəttə ki, ilk növbədə dəstək verənlərin bu dəstəyini geri çəkməsi yolu ilə bu problemi həll etməyə çalışır:

"Lakin nəticə etibarilə, əgər bu baş verməzsə – ki, bu mərhələdə baş verməməsi ehtimalı güclü şəkildə özünü göstərir – o zaman Türkiyənin bu problemi ABŞ-la və ya ABŞ-sız bir şəkildə həll etməsi, öz varlığı və qarşı-qarşıya qaldığı  təhdidlər baxımından son dərəcə vacib bir reallıq olaraq qarşıda dayanır."- ekspert deyib.

Səbinə Əlizadə, News365

Chosen
18
50
news365.az

10Sources