Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi hava gəmisinin və səfərin vaxtının dəyişdirilməsini qərara alıb. “Kral klubu” üçün yeni təyyarə ayrılıb. Texniki nasazlıq səbəbindən komandanın uçuşu 3 saat gecikib.
Qeyd edək ki, “Real Madrid” finalda Meksikanın “Paçuka” komandası ilə qarşılaşacaq. Dekabrın 18-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.