EN

Colanidən Qərb mediasına maraqlı açıqlamalar

"Heyət Təhrir əş-Şam" (HTŞ) Dəməşqdə hakimiyyəti ələ keçirdikdən sonra İsrailin Suriyada hərəkət dairəsi genişlənib.

“Cebheinfo.az” xəbər verir ki, "Heyət Təhrir əl-Şam"ın (HTŞ) lideri, Əbu Məhəmməd əl-Colani kimi tanınan Əhməd Hüseyn əl-Şara “The Times” qəzetinə müsahibəsində İsraillə münasibətlərlə bağlı açıqlamalar verib.

Colani Qərb mətbuatına müsahibəsində “Biz nə İsraillə, nə də başqası ilə heç bir münaqişə istəmirik”,- deyib.

Colani deyib: "Biz 1974-cü il razılaşmasına sadiqik və BMT-ni geri qaytarmağa hazırıq. İsrail və ya başqası ilə hər hansı bir münaqişə istəmirik. Suriyanın İsrailə qarşı hücumlar üçün istifadə edilməsinə icazə verməyəcəyik. Suriya xalqının rahatlığa ehtiyacı var. Hücumlar sona çatmalı və İsrail əvvəlki mövqelərinə qayıtmalıdır".   

Colani müsahibəsində Suriyaya qarşı sanksiyaların ləğvini də istəyib.

Chosen
15
cebheinfo.az

1Sources