Bakı. Trend:
Son bir il ərzində Avtomatlaşdırılmış Risk Təhlili Sisteminin(ARAS) tətbiqi nəticəsində orta sərhədkeçmə vaxtı 58 faiz,rəsmiləşdirmə müddəti 15 faiz, fiziki yoxlamaların sayı isə 20 faizazalıb.
Trend xəbər verir ki, bunuAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri ŞahinBağırov Bakıda keçirilən Gömrük-Biznes Forumunda deyib.
“2023-cü ildə ARAS sisteminin tətbiqi alətlərin daha effektivistifadəsinə imkan yaradıb. Gömrük rəsmiləşdirilməsinə sərf olunanvaxt azaldılır, daşımalar üzrə xərclər minimuma endirilir və bu,gömrük qanunvericiliyinə əməl edən xarici ticarət iştirakçılarıüçün əlverişli biznes mühiti yaradır”, - deyə o vurğulayıb.