Yerli media yazır ki, əslində baş nazir Nikol Paşinyan bu cür addımları ilə növbəti seçkilərə indidən hazırlaşır.
"Joğuvurd" qəzeti "nazir ovu"nun növbəti qurbanının Anait Avanesyan olduğunu qeyd edib: “Hakim "Mülki Müqavilə” partiyasının dekabrın 12-də keçirilən son iclasında səhiyyə naziri Anait Avanesyan və ətraf mühit naziri Akop Simidyan tənqid edilib. Partiya üzvləri Avanesyanı səhiyyə sektorundakı baxımsızlıqda və sistemdə sözün həqiq mənasında eybəcər bir vəziyyətin yaradılmasında günahlandırıblar. Onlar vətəndaşların bu sahə ilə bağlı tez-tez tənqidlər səsləndirməsini bildiriblər. Bundan əlavə, Anaitin partiya yoldaşları Səhiyyə Nazirliyinin"Wigmore" klinikası ilə milyonlarla drama başa gələn müqavilələrini şübhəli sövdələşmələr adlandırıblar".
Məqalə müəllifi qeyd edib ki, Avanesyanın partiya toplantısında mövcud problemlərlə bağlı özünə bəraət qazandırmaq cəhdləri inandırıcı olmayıb.
Tural Tağıyev
AzVision.az