EN

“Lənkəran”ın basketbolçusu: “Son 3 oyunda məğlub olsaq da, ab-hava əladır”

“Heyətdəki itkilər “Gəncə” ilə matçda mənim oynamağım üçün şans yaratdı. Səhvlərim olsa da, özümü yaxşı tərəfdən göstərməyə çalışdım”.

İdman.biz xəbər verir ki, bunu “Lənkəran”ın gənc basketbolçusu Varid Ağasızadə klubun mətbuat xidmətinə deyib.

O, bu gün Azərbaycan Basketbol Liqasının VII turu çərçivəsində “Sumqayıt”la oyun öncəsi fikirlərini açıqlayıb. 20 yaşlı basketbolçu bildirib ki, rəqibi yaxşı analiz ediblər: “Heyətimiz tam olmasa da, qələbə üçün əlimizdən gələni edib, azarkeşlərimizi sevindirmək istəyirik. Məqsədimiz hər dəfə eynidir - yalnız qələbə. Son 3 oyunda məğlub olsaq da, komandada ab-hava əladır. Pley-off-a düşmək üçün əlimizdən gələni edib, qələbələrimizin sayını artıracağımıza inanıram”.

Gənc oyunçu liqanın bu il daha maraqlı olduğunu da deyib: “Yeni klublar yaradılıb və 2 qrupun olması rəqabətə təsir edir. Əksər oyunlar başa baş keçir”.

Qeyd edək ki, “Sumqayıt” – “Lənkəran” matçı saat 15:00-da başlayacaq.

İdman.biz

Chosen
13
1
idman.biz

2Sources